Xəbər lenti

İlon Mask süni intellektə görə minlərlə şəxsi işdən çıxarır
Dünya 22:35 14.03.2025

İlon Mask süni intellektə görə minlərlə şəxsi işdən çıxarır

Bütün dünya süni intellektin insanları işsiz qoyub-qoymayacağını müzakirə edərkən, İlon Mask bu debatlarla maraqlanmır. Məşhur milyarder minlərlə insanı işdən çıxarmağa və onların yerinə süni intellekti yerləşdirməyə hazırlaşır.

Qaynarinfo xəbər verir ki, ABŞ-da Hökumət Effektivliyi Nazirliyi (DOGE) İlon Maskın rəhbərliyi altında radikal dəyişikliklər dövrünə girir. Mask dövlət xərclərini azaltmaq məqsədilə bir çox dövlət qulluqçusunu işdən çıxarmaq istəyir. Lakin o, bununla kifayətlənməyərək, bu iş yerlərini süni intellekt əsaslı bir sistemlə əvəz etməyi planlaşdırır.

GSAi: Dövlət qulluqçularının süni intellektlə əvəz olunması

Keçmiş ABŞ prezidenti Co Bayden dövründə hökumətin satınalma əməliyyatlarını izləmək və təşkil etmək üçün süni intellekt proqramı hazırlanmışdı. Lakin Bayden administrasiyası bu sistemin hələ təhlükəsiz olmadığını və tam istifadəyə verilməsinin risklər daşıdığını düşündüyü üçün onu yalnız inkişaf mərhələsində saxlayıb.

İndi isə İlon Mask bu layihəni yenidən gündəmə gətirərək GSAi adlı süni intellekt sistemini işə salmağa hazırlaşır. GSAi dövlət satınalmalarına nəzarət edən 1 500 dövlət qulluqçusunun yerini almaq üçün hazırlanıb. Mask süni intellektin yetərincə inkişaf etdikdən sonra bu sistemin miqyasını minlərlə dəfə artıracağını və on minlərlə işçini işdən çıxara biləcəyini bildirir.

Bu sistemin əsas məqsədləri:

* Daha münasib qiymətlərlə məhsulların seçilməsi
* Aralıq vasitəçi komissiyalarının ləğvi
* Dövlət satınalmalarında daha ədalətli sistemin yaradılması

Süni intellekt həqiqətən hər şeyi edə bilərmi?

Məlumata görə, GSAi təkcə satınalma prosesləri ilə məhdudlaşmayacaq. "ChatGPT"yə bənzər bir sistemə sahib olan bu süni intellekt, elektron məktubları hazırlamaq, kod yazmaq və müxtəlif ofis işlərini icra etmək üçün istifadə edilə bilər.

Bu xüsusiyyətlər adi bir dövlət qulluqçusunun icra etdiyi bir çox işi avtomatlaşdırmağa imkan verir, bu isə milyonlarla dövlət işçisini işsizlik təhlükəsi ilə üz-üzə qoya bilər.

Süni intellekt əsaslı sistemlərin xüsusilə dövlət sektorunda geniş yayılması böyük mübahisələr doğurur. Bu texnologiya maraqlı və perspektivli görünsə də, insan nəzarəti olmadan işləməsi səhvlərə və qeyri-dəqiq qərarlara səbəb ola bilər.

Musk-ın bu addımı dövlət qulluqçularına necə təsir edəcək və bu texnoloji çevriliş həqiqətən dövlət idarəçiliyində effektivlik təmin edə biləcəkmi? Hələlik bu sualların cavabı qeyri-müəyyəndir.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->