Avropa Şurası Nazirlər Komitəsi martın 12-də REAL Hərəkatının Sədri İlqar Məmmədovun həbsi ilə bağlı qətnamə qəbul edib. Nazirlər Komitəsinin Qətnaməsində deyilir:
Avropa Şurası Nazirlər Komitəsi Azərbaycan Hakimiyyəti tərəfindən Məhkəmə qərarlarının icra edilməsi öhdəliyinin daşımasına baxmayaraq, İlqar Məmmədovun hələ də həbsdə saxlanılması faktı ilə bağlı çox ciddi narahatlığını ifadə edir;
İlqar Məmmədovun şikayətinə Ali Məhkəmə tərəfindən baxılmasının qeyri-müəyyən vaxta təxirə salınması faktı ilə bağlı ciddi narahatlığını ifadə edir;
Hakimiyyəti yubanmadan İlqar Məmmədovu azad etməyə çağırır.//cumhuriyyet.org
Qaynar.info
Şərhlər