Xəbər lenti

“İmmunitetli” ruslar Türkiyəyə uçuşların bərpa olunmasını tələb etdi
Dünya 11:57 13.04.2021

“İmmunitetli” ruslar Türkiyəyə uçuşların bərpa olunmasını tələb etdi

Rusiya sakinləri hakimiyyətin Türkiyə ilə hava trafikini ay yarım məhdudlaşdırmaq təşəbbüsünü tənqid edib. İnternetdə yayımlanan müraciətdə deyilir ki, ən yaxşı fikir "kovid" pasportların təqdim edilməsi olardı.

Qaynarinfo xəbər verir ki, "peyvənd edilmiş" və "COVID-ə qarşı immunitet olan" insanlar Türkiyəyə səyahət və hava biletlərini əvvəlcədən aldıqlarını bildiriblər. Onlar pandemiya səbəbiylə "bizi artıq ikinci ildir ki, çoxdan gözlədiyimiz may tətillərində ev dustağı etməyə çalışırlar" deyə şikayət ediblər.

Müraciət müəllifləri Rusiya hökumətinə və şəxsən Baş nazir Mixail Mişistinə müraciət edərək, "Nəhayət, həmvətənlərini xəstəlik risklərinə məruz qoymadan hər yerə uça bilən peyvənd edilmiş vətəndaşlar üçün COVID pasportları hazırlayın", - deyə tələb ediblər.

Rusiyalılar Konstitusiyaya görə, sərbəst hərəkət etmə hüquqlarına sahib olduqlarını da xatırladıblar.

Qeyd edək ki, bir gün əvvəl Türkiyə və Tanzaniyaya uçuşlara qadağa qoyulub. Qərargahın qərarı, xüsusən də Türkiyə kurortlarını ziyarət etmiş turistlərin oradan kovid gətirmələri ilə izah edilib. Türk turizm biznesindəki mənbələr qadağadan şok olduqlarını etiraf edib. 
 
Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->