Ekonomiks 09:56 26.02.2020

Çin ABŞ qarşısında geri addım atdı

Çin ABŞ-dan kənd təsərrüfatı mallarının idxalına tətbiq edilən məhdudiyyətləri aradan qaldırıb.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Çinin Kənd Təsərrüfatı naziri açıqlama verib. Onun sözlərinə görə, məhdudiyyətlər ABŞ-Çin ticarət sazişinin birinci mərhələsi çərçivəsində aradan qaldırılıb. Sözügedən qərar ev quşları, kartof və heyvan yemi kimi məhsulları əhatə edir.
 
Camal