Çin Uqandanın 200 milyon dollarlıq kredit borcunu ödəyə bilmədiyi üçün Entebbe Beynəlxalq Hava Limanını müsadirə edib.
Qaynarinfo Teleqraf.com-a istinadən xəbər verir ki, Uqanda 2015-ci ildə Çindən 207 milyon dollar kredit alsa da, bu borcu qaytara bilməyib.
Çinin "Eksim” bankı borcla bağlı yeni danışıqlardan imtina edərək, hava limanının müsadirə olunması ilə bağlı qərar qəbul edib.
Entebbe hava limanı Uqandanın dünyaya açılan yeganə qapısıdır.
Uqandanın dünyaya açılan yeganə qapısı olan hava limanının genişləndirilməsi layihəsinin həyata keçirilməsi qərara alınmışdı. Uçuş-enmə zolaqlarının yenilənməsi, aerovağzal binasının modernləşdirilməsi, yeni yük əməliyyatları mərkəzi və dayanacaq bu layihənin əsas elementləri kimi seçilmışdı.
2015-ci ildə Entebbe hava limanının tutumunun artırılması üçün tələb olunan maliyyə ilə bağlı Çinlə əlaqə saxlanmış və 200 milyon dollarlıq kreditin uzadılmasına qərar verilmişdi.
Şərhlər