Çin dünyanın ən uzun sualtı qatar tunelinin tikintisini planlaşdırır.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, milyardlarla dollar və ciddi tədqiqat prosesinin lazım olduğu layihə Çin və Tayvanı birləşdirən 135 km uzunluğa sahib sualtı tunelin tikintisini nəzərdə tutur. Dövlət rəsmiləri tuneli "21-ci əsrin ən nəhəng və çətin mühəndis layihəsi" adlandırıb. Tunel vasitəsilə 2030-cu ilə qədər saatda 250 km məsafənin qət edilməsi də planlar arasındadır.
Qeyd edək ki, hazırda dünyanın ən uzun sualtı qatar tuneli Böyük Britaniya və Fransanı birləşdirən, 37,9 km uzunluğa sahib "Channel Tunnel"dir. 6 ilə tamamlanmış layihə 12 milyard dollara başa gəlib.
Gülşən
Şərhlər