Çin Honq Konqun azadlığına son qoymaq qərarı verdi

Çin Honq Konqun azadlığına son qoymaq qərarı verdi

Çin Honq Konqu özünün birbaşa nəzarəti altına ala bilər. 

Qaynarinfo xəbər verir ki, bu haqda "Reuters”in yaydığı məlumatda deyilir. Məlumata görə, Pekin özünün bu xüsusi inzibati bölgəsində "milli təhlükəsizliyin təmin edilməsi mexanizmi"ni hazırlayıb, lakin honqkonqluların özləri və Qərb bunun internetdə "Çin üsulunda" senzuraya və ümumiyyətlə, muxtar mövcudluğun itirilməsinə səbəb olacağından qorxurlar.

ÇXR rəsmilərinin dediyinə görə, hakimiyyəti tərəfindən yaradılan bu qanun layihəsinin məqsədi separatizmə, terrorizmə və kənar müdaxilələrə qarşı mübarizə aparmaqdır. Sənədi tənqid edənlər orada "ÇXR Xüsusi Xidmətlərinin bazası” görünəndən sonra dünya maliyyə mərkəzinin sonunun gələcəyini proqnozlaşdırırlar.
Çinin niyyətləri barədə bu məlumat birjada çaxnaşmaya səbəb olub və Honq Konq sakinləri İnternet bloklanmasını keçməyə imkan verən VPN proqramlarını intensiv yükləməyə başlayıblar (Çində bir sıra saytlar, sosial şəbəkələr və təcili mesajlaşmalar qadağandır).

Honq Konq lideri Kerri Lam qanunun qəbul edilməsinin hüquq və azadlıqlara xələl gətirməyəcəyini, inzibati bölgənin məhkəmə sisteminin müstəqilliyinə təsir göstərməyəcəyini söyləyərək xalqı inandırmağa çalışıb. Yerli fəallar isə öz növbələrində Çinə qarşı yeni etiraz aksiyaları keçirməyə çağırışlar edib.
Xatıladaq ki, bundan bir qədər əvvəl demokratiya tərəfdarı olan honqkonqlular mütəmadi olaraq Çinin məhdudiyyətlərinə qarşı kütləvi etiraz aksiyaları keçiririb. Aksiyalar yalnız "koronavirus" kütləvi tədbirlərin keçirilməsinə qoyulan qadağa ilə əlaqədar olaraq səngiyib.

ABŞ, Kanada və İngiltərə ÇXR-in planlarını qınayaraq Pekinin "bir ölkə - iki sistem" prinsipini pozmamalı olduğunu bildiriblər.
 
Alpər
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR