Xəbər lenti

Çin-İtaliya konteyner qatarının hərəkəti bərpa edilib
Ekonomiks 16:44 14.07.2020

Çin-İtaliya konteyner qatarının hərəkəti bərpa edilib

Çindən İtaliyaya tomat pastası daşıyan konteyner qatarlarının hərəkəti bərpa olunub. 

"MediaPost” xəbər verir ki, 82 konteynerdən ibarət növbəti qatar operatoru "Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti - ADY Konteyner olan "Beket-Ata” fider gəmisi vasitəsilə Qazaxıstanın Aktau limanından Ələt limanına çatdırılıb. 20 futluq konteynerlər limanda aşırıldıqdan sonra platformalara yüklənərək dəmir yolu vasitəsilə Gürcüstanın Poti limanına, oradan isə gəmilərlə İtaliyaya çatdırılacaq. 

Daşımanın operatoru Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutudur. 

Qeyd edək ki, koronavirus (COVID-19) pandemiyası başlayandan, Çindən İtaliyaya mütəmadi olaraq tomat pastası daşıyan konteyner qatarlarının hərəkətində fasilə yaranmışdı.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->