Çində indiyədək koronavirusa yoluxan 80 793 nəfərdən 62 793 nəfəri sağalıb, 3 169 nəfər ölüb.
Qaynarinfo xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Gigiyena və Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi bildirib.
Son gün ərzində bu ölkədə 11 nəfər koronavirusun qurbanı olub, virusa daha 15 nəfər yoluxub. Ötən gün ərzində ölkədə 1 318 xəstə sağalıb.
Qeyd edək ki, ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayan koronavirus infeksiyası 121 ölkədə qeydə alınıb.
Şərhlər