Dünya 09:45 15.06.2021

Çində koronavirusla bağlı son vəziyyət

Çində son sutka ərzində 20 nəfərdə koronavirus aşkarlanıb, ölən olmayıb.
 
Qaynarinfo bildirir ki, bu barədə "worldometers.info”da məlumat verilib.

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 91 471-ə yüksəlib, ölənlərin sayı əvvəlki kimi 4 636-dır. Ümumilikdə 86 352 xəstə sağalıb.

Ölkədə 483 aktiv koronavirus xəstəsi var ki, onlardan da 14-nün vəziyyəti ağır qiymətləndirilir.