Çində martın sonlarında ilk dəfə insanda aşkarlanmış H7N9 quş qripinin qurbanlarının sayı 21 nəfərə çatıb.
Bu gün Şanxayın daha bir sakini bu xəstəlikdən keçinib. APA-nın xəbərinə görə, bu barədə Çinin səhiyyə və doğuşun planlaşdırılması komitəsi məlumat yayıb.
Həlak olanlardan 12 nəfəri Şanxay sakinidir. 5 nəfər Çjetszyan, 3 nəfər Tsyansu və 1 nəfər Anhoy əyalətlərində həlak olublar.
Komitənin məlumatına əsasən, hazırda Çində bu virusa yoluxanların sayı 104 nəfərə çatıb.
Qaynar.info
Şərhlər