Çin ABŞ tərəfindən ölkəyə ixrac edilən 128 məhsula 25%-ə qədər əlavə vergi tətbiq edib.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, bu məhsullar arasında donuz əti, şərab və s. var və ümumi dəyəri 3 milyard dollardır.
Qeyd edək ki, ötən ay ABŞ prezidenti Donald Tramp 60 milyard dollar dəyərindəki Çin məhsullarına əlavə vergi tətbiq edəcəyini açıqlamışdı. Bu qərardan sonra Çin oxşar addım barədə elan verdi.
Gülşən
Şərhlər