Çindən gələn yük karvanı Bakı Limanından keçərək Türkiyəyə yola salındı (FOTOLAR)

Çindən gələn yük karvanı Bakı Limanından keçərək Türkiyəyə yola salındı (FOTOLAR)

İyun ayının 30-da Çinin Sian şəhərindən çıxan və Türkiyənin İstanbul şəhərinə istiqamətlənən və 43 konteynerdən ibarət blok qatarı Bakı Limanında aşırılıb.

Qaynarinfo quruma istinadən xəbər verir ki, 6 saat davam edən yükaşırma əməliyyatdan sonra yüklər Bakı-Tbilisi-Qars dəmir yolu xətti üzərindən Türkiyəyə çatacaq.

Qatarla Türkiyə Respublikasına Çin istehsalı olan elektronika məhsulları göndərilib. Yükdaşımanın operatoru Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu konsorsiumunun üzvü Ady Container MMC-dir.

Qeyd edək ki, bu Sian-İstanbul marşturu üzrə hərəkət edən ikinci belə bir karvandır. "Xi'an Free Trade Port Construction and Operations" logistik platforma tərəfindən təşkil olunan blok qatar mütəmmadi olaraq Çindən Türkiyəyə yüklər daşıyacaqdır.
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR
X  No Image