Çinin Vohan şəhərində ortaya çıxan və sürətlə Şanxay və Şenzen kimi böyük meqapolislərə yayılan virusa bu vaxta qədər 200-dən çox insan yoluxub.
Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, çinli rəsmilər son 2 gündə 139 nəfərin təhlükəli virusa yoluxduğunu müəyyənləşdiriblər. Dünya Səhiyyə Təşkilatı yoluxmalardakı sürətli artımın aparılan tətqiqatlarla əlaqəli olduğunu bildirir.
Mütəxəssislər isə hesab edir ki, Çin hökumətinin açıqladığı rəqəmlər təhlükənin miqyasını tam şəkildə əks etdirmir və virusa ən az 1700 nəfər yoluxmuş ola biləcəyi qeyd olunur.
Qeyd edək ki, ilk dəfə dekabrda Vihanda ortaya çıxan xəstəlik Tailand və Yaponiyada da yayılıb.
Camal
Şərhlər