Xəbər lenti

İndiyədək neçə yeniyetmə vaksinasiya olunub?
Ölkə 14:07 14.10.2021

İndiyədək neçə yeniyetmə vaksinasiya olunub?

Azərbaycanda peyvənd olunan yeniyetmələrin sayı açıqlanıb.

Səhiyyə Nazirliyindən Qaynarinfo-ya bildirilib ki, indiyədək 357 yeniyetmə vaksinasiyada iştirak edib.

"Onlar arasında hər hansı ağırlaşma yaxud fəsad qeydə alınmayıb. Qeyd edək ki, yeniyetmələrin vaksinasiyası mərkəzləşdirilmiş şəkildə Bakı Sağlamlıq Mərkəzində aparılır. Bildiririk ki, yeniyetmələr yalnız tibbi göstəriş olduğu halda və hər iki valideynin razılığı ilə peyvənd oluna bilərlər", - nazirlikdən qeyd olunub.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->