Xəbər lenti

İndoneziyada ölənlərin sayı 2 mini keçdi
Dünya 23:01 14.10.2018

İndoneziyada ölənlərin sayı 2 mini keçdi

İndoneziyada güclü zəlzələ və sunami nəticəsində ölənlərin sayı 2 min nəfəri keçib.

Qaynarinfo xəbər verir ki, rəsmi məlumatlara görə təbii fəlakətdə ölənlərin sayı 2091-ə çatıb.

Qeyd edək ki, sentyabrın 28-də İndoneziyanın Sulavesi adasındakı Palu körfəzinin 27 km şimalında 7,2 bal gücündə zəlzələ baş vermişdi. Zəlzələdən sonra Donqala və Palu şəhərlərini hündürlüyü 3-6 metrə çatan sunami dalğaları vurmuşdu. 7,5 bal gücündə zəlzələdən sonra bölgədə 534 yeraltı təkan qeydə alınıb. Bölgədə zilaetmə tədbirləri davam edir. Fəlakət zonasında fövqəladə vəziyyət rejimi 26 oktyabra qədər uzadılıb. 

Onu da qeyd edək ki, İndoneziyanın Lombok adasında iyul ayının sonları və avqust ayında 6,3, 6,9 və 7 bal gücündə zəlzələlər baş vermişdi. Nəticədə 563 nəfər həlak olmuşdu.

Ölkədə 26 dekabr 2004-cü ildə baş verən 9,1 bal gücündə zəlzələ və sonrasında əmələ gələn sunami 230 min insanın həyatına son qoyub.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->