Sağlamlıq 11:50 05.01.2021

İnfeksionist: “Koronavirus zamanla yüngül formaya keçəcək”

Koronavirus infeksiyası zamanla yüngül formaya keçəcək. 

Qaynarinfo xəbər verir ki, bu fikri infeksiya həkimi, professor Nikolay Malışev deyib.

Mütəxəssis koronavirusun yayılmasını azaltmaq üçün peyvəndləmənin lazım olduğunu qeyd edib. Bununla yanaşı, mütəxəssis virusun 2009-cu ildə qripdə olduğu kimi, tamailə yox olmayacağına, nəticədə tənəffüs yolları xəstəliyinə çevriləcəyinə inanır.

"Bu və ya digər şəkildə, bundan sonra onunla (COVID-2019) yaşamalı olacağıq. Uzun müddət, amma indiki kimi ağır deyil. O zaman koronavirus daha az ağır olacaq”, - Malışev bildirib.
 
Alpər