Bədxassəli şişlərin müalicəsində təsirli bir üsulu inkişaf etdirməyə kömək edəcək yeni MR1 immun hüceyrə reseptoru tapıb.
Qaynarinfo rosbalt.ru-ya istinadla xəbər verir ki, kəşf İngiltərədəki Kardiff Universitetinin alimlərinə məxsusdur.
Alimlər gəmiricilər üzərində təcrübələr aparıb. Nəticələr göstərib ki, MR1 ilə T-limfositlər ağciyərlərdə, dəridə, yoğun bağırsaqda, döşdə, prostatda, sümüklərdə və yumurtalıqlarda xərçəng hüceyrələri ilə təsirli şəkildə mübarizə apara bilirlər.
Hesabatdan göründüyü kimi, immunitetli T-hüceyrələrində HLA-ya bənzər yeni bir T-hüceyrə reseptoru (TCR) fəaliyyət göstərir - insan lökosit antigeni xərçəng hüceyrələrini tanıya bilir, bununla belə o, insanların populyasiyasından xeyli fərqlənir və daha çox T-hüceyrə müalicəsi kimi uyğun gəlir.
Şərhlər