Bir çoxlarımızı öyrəndiyimiz dildə bildiyimiz sözlərin sayı hər zaman maraqlandırır. Lüğətə baxaraq, sözləri əzbərləmək çox vaxt insana cansıxıcı gəlir. Buna görə də biz sözləri müxtəlif üsullarla – filmlərə baxaraq, podcastlar dinləyərək, dialoqlara girərək yadda saxlamağa çalışırıq. Belə olduqda isə, lüğət bazamızda nə qədər söz olduğunu təxmin etməyimiz də çətinləşir.
Bundan əlavə, sizin aktiv və passiv söz ehtiyatlarınız var. Aktiv söz ehtiyatı sizin məişət və ya işgüzar məsələlərdə tez-tez istifadə etdiyiniz söz və söz birləşmələridir. Bunları ancaq praktik üsulla yoxlaya bilərsiniz. Passiv söz ehtiyatı isə sizin öyrəndiyiniz dildə başa düşdüyünüz sözlərdir. Onları test etmək və kəmiyyətini hesablamaq isə hər zaman maraqlıdır.
Pahoo.az sizə İngilis dilində söz ehtiyatınızı yoxlaya biləcəyiniz 4 resursa nəzər salmağı təklif edir:
Bu resurs ən sürətli lüğət ehtiyatı testlərindən biridir. Sizə bir neçə siyahı verilir və oradan başa düşdüyünüz, mənası sizə tanış olan sözləri seçib, işarələyirsiniz. Sonda qısa olaraq, şəxsi məlumatlardan sonra sizə söz ehtiyatınızın nə qədər sözdən ibarət olduğu göstərilir. Saytda qeyd edilir ki, adətən doğmadilli insanlar 20.000-30.0000 söz ehtiyatı, ingilis dilini öyrənənən xarici vətəndaşla isə 2000 - 9000 söz nəticə göstərirlər.
Randomized Checklist Vocabulary Size Test
Bu test birinci resursdan daha böyük olmasıyla fərqlənsə də, mahiyyətcə eynidir. Əlbəttə, lüğət ehtiyatımız barədə daha çox məlumat verməsini üstünlüyü hesab etmək olar. Burada bizə daha yaxşı danışmaq və başa düşmək üçün nə qədər söz öyrənməli olduğumuzla bağlı faydalı tövsiyələr də verilir.
Müxtəlif testlər vasitəsilə söz ehtiyatınız və bildiyiniz sözlərin mənasını düzgün başa düşüb-düşmədiyiniz yoxlanılır.
Konteksdə olan sözləri başa düşmək üçün əla resursdur. Müxtəlif səviyyədə dil bilikləri üçün fərqli testlər təklif edən platformanın interfeysi daha rahat olsa, pis olmazdı. Amma hər bir halda, faydalı resursdur. //Pahoo.Az
Qaynar.info
Şərhlər