İngiltərə klubu millimizin futbolçusunu istəyir

İngiltərə klubu millimizin futbolçusunu istəyir

Azərbaycan millisinin futbolçusu Renat Dadaşov İngiltərədə klubunu dəyişə bilər.

Qaynarinfo xəbər verir ki, bu barədə "Coventrytelegraph" nəşri məlumat yayıb.

Xəbərdə bildirilir ki, "Koventri" klubu "Vulverhempton"da çıxış edən 21 yaşlı hücumçunu icarəyə götürmək istəyir. Futbolçumuz komandanın baş məşqçisi Mark Robinsin diqqət mərkəzindədi.

Qeyd edək ki, Renat Dadaşov 2019-cu ilin avqustunda "Vulverhempton"a keçib və klubla 4 illik müqavilə imzalayıb. Forvard hələ ki, əsas komandada debüt etməyib. Dadaşov mövsümün ilk yarısını icarə əsasında Portuqaliyanın "Pakuş de Ferreyra" klubunda keçirib. 

  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR