İngiltərə və Rusiya arasında gərginliyi artıracaq növbəti hadisə baş verib.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, İngiltərəyə məxsus "HMS Trenchant" nüvə sualtı gəmisi Şimal Buzlu Okeanda buzları qıraraq su üstünə çıxıb.
Hadisədən saatlar əvvəl Rusiya 23 ingilis diplomatın ölkədən deportasiyası barədə qərar qəbul edib. İngiltərə də bir neçə gün əvvəl eyni addımı atmışdı. Tərəflər arasında gərginliyin səbəbi sabiq rus agenti Sergey Skripalın İngiltərədə zəhərlənməsidir. Hadisədə Rusiya ittiham edilir.
Gülşən
Şərhlər