Dünya 18:45 20.10.2021

İngiltərədə yeni növ COVİD aşkar edildi: "Növlərdən ən yoluxucusu…"

İngiltərədə yeni, daha yoluxucu bir koronavirus forması yayılır.

Qaynarimnfo The Financial Times qəzetinə istinadla xəbər verir ki, söhbət AY.4.2 adlı "delta" –ştamının bir dəyişməsindən gedir. London Universitetinin Genetika İnstitutunun direktoru Fransua Ballounun sözlərinə görə, bu infeksiya ilkininə nisbətən 10-15% daha yoluxucudur.

Qeyd olunur ki, Britaniyada AY.4.2 artıq COVID-19 hadisələrinin 10%-ni təşkil edir.

Ballounun sözlərinə görə, AY.4.2 pandemiya başlayandan bəri ən yoluxucu koronavirus növü ola bilər. Bununla birlikdə, Kembric Universitetinin klinik mikrobiologiya professoru Ravi Quptanın sözlərinə görə, yeni alt növün koronavirusun "delta" stamının əvvəlki formaları qədər yayılacağı ehtimalı azdır.
 
Alpər