İngiltərədə qripdən ölənlərin sayı koronavirusdan ölənlərin sayını ötüb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Daily Mail" Birləşmiş Krallıq Milli Statistika Xidmətinə (ONS) istinadən məlumat yayıb.
Statistikaya görə, 19 iyun - 31 iyul tarixlərində ölkədə 6,626 nəfər COVİD-19 ilə əlaqəli olmayan qrip və pnevmoniyadan dünyasını dəyişib. Koronavirusun yaratdığı xəstəlikdən isə cəmi 2.992 xəstə dünyasını dəyişib.
Üstəlik, ötən ayın sonunda qripdən 928 nəfər, COVİD-19-dan 193 xəstə ölüb.
Alpər
Şərhlər