Xəbər lenti

İngiltərənin yeni xarici işlər naziri müəyyənləşdi
Dünya 09:32 10.07.2018

İngiltərənin yeni xarici işlər naziri müəyyənləşdi

İngiltərənin Xarici İşlər Naziri Boris Conson dünən istefa verdi. Onu bu vəzifədə əvəzləyəcək şəxsin adı artıq məlumdur.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Consonu Səhiyyə naziri Ceremi Hant əvəzləyəcək. 

Qeyd edək ki, ötən gün "Brexit" naziri Deyvid Deyvis də istefa vermişdi. Həm Conson, həm də Deyvisin addımına səbəb "Brexit" məsələsində baş nazir Tereza Meylə yaşanan fikir ayrılığıdır.

Gülşən

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->