ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın komandası Ağ Evin hazırkı rəhbəri Co Baydenin administrasiyasının iki miqrasiya proqramını bağlaya bilər. Bundan sonra 1,3 milyondan çox qanuni miqrant ölkədən deportasiya ediləcək.
Qaynarinfo xəbər verir ki, bu barədə mənbələrə istinadən "NBC News" məlumat yayıb.
Bu nəticə ona görə mümkündür ki, həmin miqrantlar ABŞ-a qanuni yolla daxil olublar, lakin hələ də sığınacaq almayıblar. Telekanalın sənədi oxuyan mənbələrinin sözlərinə görə, ilk olaraq təhdid yaradan insanlar deportasiya oluna bilər. Bunlara Amerika torpaqlarında olan hərbi yaşda olan Çin yerliləri də daxil ola bilər.
Noyabrın 8-də Tramp NBC telekanalında bildirib ki, miqrantların kütləvi deportasiyası ilə bağlı seçki kampaniyası zamanı verdiyi vədi yerinə yetirməkdən başqa yolu yoxdur.
ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçirilib. Bu vəzifə üçün Demokratlar Partiyasının namizədi Kamala Harris və Respublikaçılar Partiyasının nümayəndəsi Donald Tramp mübarizə aparıb. Qələbə qazanmaq üçün siyasətçilərdən biri ən azı 270 seçici səsini toplamalı idi. Tramp seçkilərdə 295 səs toplayıb.
Aydın
Şərhlər