Koronavirus səbəbindən karantin altında saxlanılan Çinin Uhan şəhərindən yeni görüntülər yayılıb.
Qaynarinfo xəbər verir ki, evdən çölə çıxa bilməyən uhanlılar özlərinə yeni "əyləncə” növü tapıblar. Belə ki, onlar xərcləyə bilmədikləri pullardan "təyyarə düzəldərək” pəncərədən atırlar. Video "ümidlərin itdiyini nümayiş etdirən daha bir görüntü” kimi xarakterizə olunub.
Qeyd edək ki, Çində Covid-19 səbəbindən 2 min 238 nəfər dünyasını dəyişib. Xəstəliyə yoluxanların sayı isə 75 min 465 nəfərdir.(bakupost.az)
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər