22 iyun tarixində "Femida.az” hüquq yüklü xəbər portalı, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi və Milli Hüquq Evinin birgə seminarı baş tutub.
Tədbirdə İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi-nin əməkdaşı, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov , Azərbaycan Vəkillər Kollegiyasının üzvü vəkil Ruslan Vəliyev və media qurumlarının əməkdaşları iştirak ediblər.
Seminarda insan alveri anlayışı, insan alveri qurbanları, onların sosial və hüquqi müdafiəsi, insan alverinə qarşı mübarizə tədbirləri, məcburi əməyə cəlb etmənin insan alveri cinayəti ilə əlaqəsi və s. məlumat verilib.
Seminarda hüquqşünas Sahib Məmmədov qanunsuz miqrasiya, məcburi əmək və insan alveri qurbanları ilə bağlı çıxış edib və məcburi əməyə cəlb etmənin insan alveri cinayəti ilə əlaqəsindən söz açıb. Bildirilib ki, məcburi əmək insan istismarının bir formasıdır.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı isə çıxışında bildirib ki, əvvəlki illərlə müqayisədə insan alveri ilə bağlı faktların sayı artıb. 2017-ci ildə Azərbaycanda insan alveri ilə bağlı 142 fakt qeydə alınıbsa, 2015-ci ildə 109, 2016-ci ildə isə 141 fakt müəyyən edilib.
Azərbaycan Vəkillər Kollegiyasının üzvü Ruslan Vəliyev isə "İnsan Alveri qurbanlarının mediada konfidensiallığının (anonimliyinin) qorunması” mövzusu ilə seminarda iştirak edib.
Şərhlər