"İnsanlar karantin davranışlarını gözləmirsə..." - Professor

"Əgər insanlar karantin davranışlarını gözləmirsə, daha geniş şəkildə, eyni zamanda infeksiyanın ön cəbhəyə yayılması təhlükəsi yaranarsa, karantin tədbirlərinin sərtləşdirilməsi məntiqlidir”.

Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla noyabr ayının 2-dən sonra ölkədə karantin tədbirlərinin sərtləşdirilməsindən danışarkən deyib. Onun sözlərinə görə, bu baxımdan sərt tədbirlərin görülməsi mümkündür:



"Burada bizim günahlarımız da danılmazdır. İnsanlar deyilənlərə əməl etmək istəmirlər. Qapalı mühitdə karantin davranışlarını gözləmirlər, maska taxmırlar, məsafə gözləmirlər”.

Adil Qeybulla bildirib ki, son vaxtlar ictimai nəqliyyatda vəziyyət daha da acınacaqlıdır:

"İctimai nəqliyyatda ümumiyyətlə, qayda-qanunları gözləmirlər. Bu vəziyyətdə təhlükəsizlik baxımında zərurət yaranarsa müəyyən sərt tədbirlər görülə bilər”.

Bahar Rüstəmli
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR