Xəbər lenti

“Instagram”a çoxdan gözlənilən funksiya əlavə edildi
Texnologiya 09:33 12.01.2022

“Instagram”a çoxdan gözlənilən funksiya əlavə edildi

"Instagram”a çoxdan gözlənilən funksiya əlavə edilib.

Qaynarinfo xəbər verir ki, bu barədə tərtibatçı Alessandro Paluzzi "Twitter”də məlumat verib.

Bundan sonra profildəki fərdi paylaşım şəbəkəsini redaktə etmək, paylaşımları istənilən ardıcıllıqla düzmək mümkün olacaq.

Onun sözlərinə görə, hazırda funksiya məhdud sayda istifadəçi üçün əlçatan olsa da, tezliklə geniş auditoriyaya təqdim ediləcək.

İstifadəçilər paylaşıların yerini dəyişdirə, bəzilərini isə "Twitter” profillərində və "Telegram” kanallarında olduğu kimi yuxarıya "bərkidə” biləcəklər.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->