Xəbər lenti

İnternet cameəsinə müjdə: StartUp Azərbaycan başlayır
Ekonomiks 17:40 19.03.2013

İnternet cameəsinə müjdə: StartUp Azərbaycan başlayır


StartUp Azərbaycan Təşkilat Komitəsi bildirir ki, 19 mart tarixdən etibarən StartUp Azərbaycan  Layihəsinə start verilir və milli StartUp-ların qeydiyyatına başlanır.

StartUp Azərbaycan Layihəsinin əsas məqsədi ölkədə İKT sektorunda investisiya mühitini yaxşılaşdırmaq, ən yaxşı İnternet və  İT layihələrini üzə çıxarmaq,  innovativ ideyaların uğurlu biznes  sahəsinə çevrilməsinə yardım etməkdir.

Təqdim edilən İnternet Layihələrin son məqsədi  real İnternet biznesin qurulmasına, xidmətlərin, sosial servislərin   təqdim edilməsinə yönəlməli və müştəri cəlb edilməsinə istiqamətlənməlidir.  Mümkündür ki,  hansısa mövcud biznes-ideyalar üzrə Layihələr təklif olunsun, belə halda təklif olunan yeni layihə daha effektiv innovasiyalar üzərində qurulmalıdır.

Layihələr elmi –tədqiqat, araşdırma  tipli olmamalıdır. Bu tip layihələr StartUp Azərbaycan çərçivəsində keçirilən müsabiqə və digər yarışmalara qəbul edilmir.  

Biznes layihələr bir və ya bir neçə nəfərdən ibarət olan komanda tərəfindən verilə bilər.

StartUp-ların qeydiyyatı 19 Mart tarixdən başlanır və  cari ilin May ayının birinci yarısında  yekunlaşır. Yarışma 2 mərhələdə həyata keçirilir.  May ayının 2-ci yarısında  Yarımfinalçılar müəyyən olunur.  Yarımfinalçılar  15 gün müddətində biznes-planları təqdim edirlər.  Qaliblər  Yekun təqdimat mərasimində elan olunur.  Təqdimat mərasiminin Iyun ayının sonunda keçirilməsi nəzərdə tutulur.

StartUp Azərbaycan çərçivəsində yarışmalarda iştirak edən StartUp-ların ekspert qiymətləndirilməsi təşkil olunur. Ekspertlər İT, maliyyə və marketinq sahəsində tanınmış təcrübəli mütəxəssislərdən ibarət olmaqla StartUp Azərbaycan tərəfindən formalaşdırılıb. Ekspertlərin dəyərləndirməsi əsasında 1-ci mərhələdə Yarımfinalçılar müəyyən olunur  və onların təqdim etdikləri biznes-planlar əsasında məhdud sayda qaliblər müəyyən olunur. Qaliblər investorlar qarşısında öz StartUp-larının təqdimatlarını edirlər.  

Ekspertlər özlərinə aid olan StartUp-ların qiymətləndirilməsində iştirak etmirlər.

StartUp Azərbaycan komandası  Layihənin yekununda uğurlu hesab edilən qalib StartUp-ları investorlara və digər Fondlara  təqdim edir.

StartUp Azərbaycan yalnız yarışmadan ibarət deyildir. Layihə çərçivəsində Startupçılar üçün təlimlər, StartUp Kamp-ları  təşkil olunur, investorlarla görüşlər keçirilir.  Yerli və xarici ekspertlərin dəstəyi ilə StartUp-lara  təcrübə keçmələrinə  yardım edir.  StartUp-lara komanda formalaşdırmağa köməklik göstərilir.  

StartUp Azərbaycan Layihəsinə  Rabitə və İnformasiya Texnologiyaları nazirliyi dəstək verir. StartUp Azərbaycan –nın Baş sponsoru Bakcell şirkətidir.  Microsoft, İnfi Pro şirkətləri də StartUp Azərbaycanın sponsorlarıdır.

Geniş məlumat : www.startup.az

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->