İnternetdə yarana biləcək qlobal problem Azərbaycana necə təsir edəcək? (VİDEO)
Oktyabrin 11-dən sonra internetdə ciddi problemlər yaranacaq. Belə ki, internetin sürətinin qlobal miqyasda aşağı düşməsi qaçılmaz ehtimal kimi səslənib. Buna səbəb ümumdünya domen adları sisteminin müdafiəsində kodların və qurğuların yenilənməsidir. İP-ünvanlar və Domen Adlarının Idarə Olunması Korporasiyası- ICANN bəyan edib ki, internetdə domen adları sisteminin müdafiəsi olan kriptoqrafik açarların dəyişdirilməsi və yenilənməsi ilə bağlı tarixdə ilk əməliyyata hazırlaşır.
Məsələ ondadır ki, dünyada internetin əsasını təşkil edən 13 baza server arasında məlumat mübadiləsi 2010-cu ilə qədər açıq şəkildə həyata keçirilirdi. Bu isə müxtəlif dövrlərdə hakerlərin baza serverlərdəki məlumatları oğurlamalarına səbəb olurdu. Həmin dövrdən sonra baza serverlər arasındakı məlumatlar şifrələnmiş şəkildə ötürülməyə başladı. Şifrələnmə zamanı yaranan açarların müəyyən dövrdən sonra yenilənməsi tələb edilir.
Qaynarinfo-nun xəzər tv-yə istinadən məlumatına görə, bu prosesin Azərbaycanın internet sisteminə təsiri ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən açıqlama verilib.
Nazirliyin Elektron Təhlükəsizlik Xidmətinin rəhbəri Faiq Fərmanov deyib ki, oktyabrın 11-dən sonra internet istifadəsində problem yaşayacaq vətəndaşlara yardım ediləcək.
Hazırda hansısa risklərin yaranmaması üçün ölkədəxili provayderlərlə danışıqlar aparılır.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər