Xəbər lenti

İnterpolun axtardığı azərbaycanlı Ukraynada saxlanıldı
Ölkə 12:53 07.10.2018

İnterpolun axtardığı azərbaycanlı Ukraynada saxlanıldı

Ukraynanın Belqorod-Dnestr sərhəd-buraxılış məntəqəsinin əməkdaşları İnterpol tərəfindən axtarılan 35 yaşlı Azərbaycan vətəndaşını saxlayıblar.

Qaynarinfo xəbər verir ki, azərbaycanlı Ukraynaya Gürcüstan qeydiyyatında olan avtomobillə daxil olarkən saxlanılıb. Sənədlərin yoxlanması zamanı onun İnterpol xətti ilə axtarışda olduğu üzə çıxıb.

Sərhədçilər hadisə barəsində İnterpolun Ukrayna nümayəndəliyinə xəbər veriblər və azərbaycanlının axtarışıda olduğu təsdiqlənib. O, həbs edilib.

Onun Azərbaycanda qaçaqmalçılıq və narkotiklərin qanunsuz dövriyyəsi ittihamı ilə axtarışda olduğu müəyyənləşib.

Sərhədçilər azərbaycanlını yerli polis əməkdaşlarına təhvil veriblər.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->