İpoteka Fondundan 6 milyon alan

İpoteka Fondundan 6 milyon alan "Cybernet"in sistemin çökməsindən xəbəri yoxdur

"Elektron hökumət portalında "Elektron ipoteka” sisteminin yaradılması və tətbiq edilməsi" xidməti üçün Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun elan etdiyi tenderin qalibi olan və xidmət müqabilində 5988622.84 AZN məbləğ alan Cybernet MMC-nin elektron sistemin çökməsindən xəbəri yoxdur.

Bu barədə Qaynarinfo-ya şirkətdən məlumat verilib. Bildirilib ki, şirkət üçün bu, dezinformasiyadan başqa bir şey deyil.

"Bizdə elə bir məlumat yoxdur. Buna görə sizi səlahiyyətli şəxslərə yönləndirə bilməyəcəyik", - deyə şirkətin qaynar xəttinə cavab verən nümayəndəsi bildirib.

Qeyd edək ki, Cybernet MMC 2004-cü ildə fəaliyyətə başlayıb. Baş direktoru İlham Namazovdur.
 
2018-ci ildə elektron ipoteka və kredit zəmanət sistemində yeni funksionallıqların yaradılması üzrə xidmətlər tenderində qurumdan 2 milyon 990 min manat vəsait alan GT Solutions şirkətindən isə Qaynarinfo-ya artıq qurumla əməkdaşlıq etmədikləri bildirilib.
 
Qeyd edək ki, bu gün İpoteka və Kredit Zəmanət Fondunun kirayə evlər sosial layihəsi ilə bağlı müraciətlər səbəbindən elektron sistem çöküb.
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR