Xəbər lenti

Rövşən Ağayev:
Ekonomiks 13:25 17.05.2018

Rövşən Ağayev: "Adminstrativ müdaxilələr ən yaxşı halda "dopinq effekti" verir"

Dövlət Statistika Komitəsinin 4 ayın yekunları üzrə hesabat yayıb. Hesabatda texniki bitkilərin əkininin azaldığı, tərəvəz bitkilərində isə artım müşahidə olunduğu bildirilir.
 
Bununla bağlı iqtisadçı Rövşən Ağayev Qaynarinfo-ya açıqlama verib. 


"İqtisadi inkişaf yalnız təşəbbüskarlıq və azad sahibkarlıq sayəsində mümkündür. Administrativ müdaxilələr, imtiyazlı quplara dəstək hesabına hansısa sahələrin ayaqda saxlanması ən yaxşı halda "dopinq effekti" yaradır. Belə inkişaf dayanıqlı və effektiv olmur, çəkilən xərclərin və sərf olunan zamanın qısa müddətdən sonra resurs və zaman itkisi olması ilə hər kəs barışmalı olur.

Son 3 ildə fermerlərin, əyalətlərdə sosial sahələri və dövlət qurumlarını təmsil edən işçilərin administrativ qaydada pambıq, tütün, şəkər çuğunduru və barama istehsalına cəlb edilməsi də bunun bariz nümunələrindən biridir.

Dövlət Statistika Komitəsinin 4 ayın yekunları üzrə yaydığı hesabata görə, 2018-ci ilin yanvar-aprel aylarında əvvəlki ilin eyni dövrünə nisbətən şəkər çuğunduru əkinləri 27.6%, pambıq əkinləri 23.4%, tütün əkinləri 17% azalıb. Əvəzində isə tərəvəz əkinləri 6.5%, çoxillik otların əkini 26% artıb.
 
Halbuki ötən 2 ildə dəfələrlə fermerlər, müstəqil ekspertlər vurğulayırdı ki, texniki bitkilərlə müqayisədə tərəvəz əkinləri əkin sahibəri üçün daha yüksək qazanc gətirir və daha az zəhmət tələb edir. Üstəlik, tərəvəz əkinlərinin zorakılıqla azaldılması ölkənin ərzaq idxalından asılılığının kəskin artımı üçün risk formalaşdırır.

Çoxillik otların məcburi qaydada texniki bitkilərlə əvəzlənməsi isə heyvandarlığın inkişafına, emal sənayesinə (süd məhsullarının emalı) ağır zərbə vurur. Necə ki, son 1 ildə heyvandarlığın qida rasionunda həlledici paya malik otun qiyməti kəskin bahalaşdı".

Nərmin Həsənli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->