İranla ABŞ arasındakı gərginlik pik həddə çatıb.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, bu gərginliyi yüksəldən daha bir açıqlama İranın dini lideri Ayətullah Əli Xamneyinin baş məsləhətçisi Əli Əkbər Vilayətidən gəlib. O, ABŞ-ın Suriyada hərbi qüvvələr saxlamasına sərt reaksiya verib.
"ABŞ Suriyanı bölməyə çalışır, lakin buna nail ola bilməyəcək. Fəratın şərqində yerləşən ABŞ qüvvələri gec-tez oradan çıxmalıdır. Ya özü çıxar, ya da sillə ilə çıxararıq", - deyə baş müşavir bildirib.
ABŞ-ın İŞİD qüvvələrini Əfqanıstana yerləşdirməyə çalışmasına da münasibət bildirən Vilayəti bunun İran üçün təhlükə yarada biləcəyini dilə gətirib:
"İŞİD-in Əfqanıstana yerləşdirilməsinə göz yumsaq, 900 kilometrlik sərhəd xəttimiz təhlükəyə girmiş olar. Buna icazə verə bilmərik".
Vilayəti həmçinin ABŞ-ın Yəməndə qalmasından da danışıb. O, bildirib ki, ABŞ Yəməndə qalmağa davam edərsə, ora onlar üçün Vyetnama çevriləcək.
Aydın
Şərhlər