İran Şimali İraq Kürd Muxtariyyətinin paytaxtı Ərbilin sərhədindəki dağlıq bölgələri top atəşi ilə vurub.
Publika.az xəbər verir ki, Ərbilin Sidekan bölgəsinin rəhbəri İlhan Çələbi İranın İraqın 8 kəndinin yerləşdiyi sərhəd bölgəsini top atəşinə tutduğunu açıqlayıb.
İran müxalif İran-Kürdüstan Demokratik Partiyasına (İ-KDP) bağlı qüvvələrin Ərbilin dağlıq bölgəsində düşərgə saldığını hesab etdiyi üçün bu bölgəni bombalayıb.
Çələbi bildirib ki, top atəşi açılandan sonra 3 kəndi boşaldıblar.
Şərhlər