"İran epidemiya ilə mübarizə üçün heç vaxt ABŞ-dan kömək istəməyəcək".
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri İranın Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi deyib. Koronavirusun başladığı ilk vaxtlardan ABŞ tərəfəindən tətbiq olunan tibbi sanksiyaların götürülməsini tələb edən Tehran Vaşinqtonun birbaşa yardımlarına isə qətiyyətlə qarşı çıxır.
"İran epidemiyaya qarşı mübarizəsində heç vaxt ABŞ-dan kömək istəməyib və istəməyəcək. Ancaq ABŞ İrana tətbiq etdiyi qanunsuz təktərəfli sanksiyalarını aradan qaldırmalıdır", - deyə Musəvi bildirib.
Nazirlik sözçüsü ABŞ kömək adı ilə İranı zorla müzakirə masasına çəkməyə çalışdığını da deyib.
Camal
Şərhlər