İdman 16:12 11.08.2019

İran millisinin futbolçusu Azərbaycan klubunda

2019/2020 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" heyətini daha bir futbolçu ilə gücləndirib.

Qaynarinfo klubun saytına istinadən xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi əslən cənubi azərbaycanlı olan hücumçu Mehdi Şərifi ilə 2 illik müqavilə imzalayıb. Güneyli soydaşımız "Sumqayıt"ın heyətində 70 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, 1992-ci ildə İsfəhanda dünyaya gələn Mehdi Şərifi peşəkar karyerasına "Sepahan"da (Novin) başlayıb (2010-2011). 2012-ci ildə İsfəhan "Sepahan"ına transfer olunan futbolçu 2018-ci ilədək bu kluba məxsus olub. O, 2016-2018-ci illərədə icarə əsasında Təbrizin "Traktor" klubunda çıxış edib. Son olaraq isə "Persepolis"in formasını geyinib.

Mehdi Şərifi İranın U-20 və U-23 yığmalarında çıxış edib, 2014-cü ildən dəvət aldığı A millidə 4 oyun keçirib.

26 yaşlı futbolçu həm "Sepahan"la, həm ə "Persepolis"lə İran çempionluğunu və kubokunu, sonuncu ilə həmçinin ölkə Super Kubokunu qazanıb.