Dünya 21.01.2022

İran Moskvaya Rusiya qazının öz ərazisindən tədarükünü təklif etdi

Tehran Moskvaya Rusiyadan İranın cənubuna maye qazın ondan sonra dünyanın istənilən nöqtəsinə ixracı üçün svop tədarükünü təklif edib.
 
Qaynarinfo Tasnim agentliyinə istinadla xəbər verir ki, bunu İranın neft naziri Cavad Ouci deyib.

"Rusiya qazının İrandan svop tədarükü məsələsi müzakirə olunub. Son aylarda Türkmənistandan Azərbaycana İran vasitəsilə belə qaz nəqli həyata keçirilib. Eyni təklif Rusiyaya öz qazının Azərbaycan ərazisindən keçməklə İranın cənubuna svop tədarükü üçün də edilib və bu, sonradan mayeləşdirilmiş təbii qaz şəklində dünyanın istənilən yerinə ixrac oluna bilər”, - iranlı nazir bildirib.

Xatırladaq ki, yanvarın 19-da Moskvada Rusiya və İran prezidentləri Vladimir Putin və İbrahim Rəisi arasında ikitərəfli danışıqlar aparılıb. Bu, Rəisinin prezident seçildikdən sonra Rusiyaya ilk səfəridir.

Bundan əvvəl Rusiya və İranın xarici işlər nazirləri telefon danışığı aparıb, qarşıdakı siyasi təmasları müzakirə ediblər.

Alpər

Sorğu

Son dövrlərdə qeydiyyata alınmış partiyalardan hansının fəaliyyətini müsbət qiymətləndirirsiniz?