Siyasət 00:03 25.09.2021

İran Ordusu Azərbaycanla sərhəddə niyə təlimlər keçir? - Səfir açıqladı

"İranın keçirdiyi təlimlərlə bağlı məsələ yanlış formada təqdim olunub. Dövlətlərin mövqeyini rəsmi qurumların təmsilçiləri ifadə edir, digər şəxslər yox”.

Qaynarinfo-nun məlumatına görə, bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi deyib.

Səfir qeyd edib ki, təlimlərlə bağlı məlumatı aylar öncə Azərbaycan tərəfinə bildirib, bu, planlı təlim olub: "Bu təlimlər davamlı həyata keçirilir, bundan əvvəl Qərbi Azərbaycanda keçirilib. Hərbi gücümüz dostlarınızın xidmətindədir, dostlarımıza qarşı təhdid sayıla bilməz”.