Siyasət 16:26 29.09.2019

İran prezidenti Ermənistana gedir

İran Prezidenti Həsən Ruhani Ermənistana səfər edəcək.

Qaynarinfo xəbər verir ki, səfər sabah baş tutacaq və İran Prezidenti İrəvanda Ali Avrasiya İqtisadi Şurasının iclasına qatılacaq. Həsən Ruhani həmçinin Ermənistan rəsmiləri ilə də görüşlər keçirəcək. 

Qeyd edək ki, Ali Avrasiya İqtisadi Şurası sentyabrın 30-da və oktyabrın 1-də keçiriləcək. Şurada Ermənistan, Rusiya, Qazaxıstan, Qırğızıstan və Belarus təmsil olunur.