İran səfirinin qızı Moskvada öldü (FOTO)

İran səfirinin qızı Moskvada öldü (FOTO)

İranın Moskvadakı səfiri Mehdi Sənainin qızı Arefə insult nəticəsində dünyasını dəyişib.

Qaynarinfo "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə "TASS” agentliyinə diplomatik missiyadan məlumat verilib.

"Çox təəssüf ki, bu, belədir.O, insultdan vəfat etdi. Yatıb və oyanmayıb”, -deyə səfirlikdən bildirilib.

Qeyd edək ki, bəzi Rusiya KİV-də səfirin 28 yaşlı qızının intihar etdiyinə dair məlumat yayılıb.

Bu məqamda bildirək ki, Mehdi Sanai 2013-cü ildən İranın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiridir.
XƏBƏRLƏR
BLOGLAR