Dünya 16:50 25.02.2020

İran səhiyyə nazirinin müavini koronavirusa yoluxdu

İran Səhiyyə Nazirliyi rəhbərinin müavini İrəc Hərirçi koronavirusa yoluxub.

Qaynarinfo mlk.ru-ya istinadla xəbər verir ki, bu haqda AFR-ə nazirlik başçısının müşaviri məlumat verib. Xəbərə görə, Hərirçi karantinə yerləşdirilib. 

"İranın səhiyyə nazirinin müavininin koronavirus üçün verdiyi analizin cavabı müsbət olub", - müşavir deyib.

Bundan əvvəl İranda 61 nəfərin koronavirusa yoluxduğu, 12 xəstənin öldüyü bildirilib.