İran tərəfdarı olan qruplaşma İraqda ABŞ hərbi bazasına 13 raket atdı

İran tərəfdarı olan qruplaşma İraqda ABŞ hərbi bazasına 13 raket atdı

İraqın qərbində hərbi obyektlərdən biri raket atəşinə tutulub. 

Qaynarinfo xəbər verir ki, ehtimala görə, əməliyyatı İran tərəfdarı olan şiə silahlıları həyata keçirib.

Ənbar vilayətindəki Ayn Əsəd bazası ABŞ hərçilərinə məxsusdur. Amerika Birləşmiş Ştatları 2020-ci ilin əvvəllərində Bağdad yaxınlığında İslam İnqilabı Keşikçiləri Korpusunun (IRGC) "Qüds” hərbi birləşməsinin komandiri general Qasım Süleymanini məhv etdikdən sonra baza İrandan hücumlara məruz qalıb.

İndiki atəşin təfərrüatları haqda INA xəbər agentliyi məlumat verib. Agentliyin yazdığına görə, 13 raket 8 km məsafədən bazaya yönəldilib. Jurnalistlər raketlərin hədəfə dəyib-dəymədiyi və həlak olanların olub-olmadığı haqda məlumat verməyib.

Bundan əvvəl ABŞ İraqdakı əsgərlərinə edilən üç hücumdan sonra Suriyaya hava hücumu təşkil etmişdi.

Alpər
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR