Tehran 2020-ci ilin yanvarında Ukraynanın Boeing 737 təyyarəsini vurması nəticəsində ölən ukraynalıların ailələrinə kompensasiya ödəmək təklifini rədd edib.
Qaynarinfo BBC-yə istinadla xəbər verir ki, bu sözləri Ukrayna Xarici İşlər nazirinin müavini Yevgeni Yenin deyib.
Yeninə görə, ancaq Kiyev gələcək danışıqlara ümid edir və konkret məbləğlər barədə danışmaq hələ tezdir. O vurğulayıb ki, hazırda hər şey İran tərəfinin siyasi iradəsindən asılıdır.
Bundan əvvəl İran hakimiyyəti vurulmuş Boeing 737-nin qara qutularını Ukraynaya göndərməkdən imtina edib və qutuların Fransaya göndərilməsi qərara alınıb.
Xatırladaq ki, Ukraynanın Beynəlxalq Hava Yollarının Boinq sərnişin təyyarəsi Tehrandan Kiyevə uçarkən yanvarın 8-də İran tərəfindən vurulub. Təyyarədə 176 nəfər olub, hamısı həlak olub. Əvvəlcə İran hakimiyyəti təyyarənin texniki nasazlıq səbəbindən qəzaya uğradığını iddia edib, lakin sonra İran raketinin təsadüfən təyyarəni vurduğunu etiraf edib.
Alpər
Şərhlər