Dünya 18:14 07.11.2019

İran uranın 4,5% zənginləşdirilməsinə başlayır

İran 9 noyabrda uranın zənginləşdirilmə səviyyəsini 4,5%-ə çatdıracaq.

Qaynarinfo xəbər verir ki, bu barədə İran Atom Enerjisi Təşkilatının sözçüsü Bəhruz Kamalvəndi məlumat verib. 

İran may ayından bəri 2015-ci ildə imzalanmış nüvə razılaşmasının şərtlərindən mərhələli şəkildə imtina edir. Saziş uranın 3,67%-ə qədər zənginləşdirilməsinə icazə verir. 

Qeyd edək ki, İran ötən günlərdə Fordo zavodundakı sentrifuqaların qazlaşdırılmasına başlayaraq müqavilənin şərtlərinin növbəti birindən imtina etmişdi. 

Gülşən