İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif sabahdan etibarən Türkiyə, Azərbaycan və Naxçıvana səfər edəcək.
İran XİN mətbuat xidmətinin rəhbəri Bəhram Qasımi verdiyi açıqlamada Zərifin Suriya məsələsindəki irəliləyişlər, Astana prosesi ilə bağlı iclasa qatılmaq üçün president Həsən Ruhani ilə Türkiyəyə gedəcəyini bildirib.
"Xarici işlər naziri Zərif cümə axşamı və cümə günləri Azərbaycanda təşkil olunacaq Qoşulmama Hərəkatı iclasına qatılacaq. Cümə günü, günortadan sonar Naxçıvan rəsmilərinin dəvəti ilə muxtar respublikada görüşlər keçirəcək”, – Qasımi vurğulayıb. (oxu.az)
Şərhlər