İran parlamentində "Azərbaycan Dili Akademiyası" yaradılması ilə bağlı tələb səsləndirilib.
Qaynarinfo ISNA agentliyinə istinadən xəbər verir ki, bu barədə İranda keçirilmiş Beynəlxalq Aşıqlar Mərasimində çıxışı zamanı Təbrizdən seçilmiş millət vəkili Əhməd Əlirza Beygi deyib.
O, bildirib ki, sögedən akademiya Azərbaycan türklərinin mədəniyyət, sənət və ədəbiyyat mirasının qorunmasında önəmli rol oynayacaq və məclisdəki digər azərbaycanlı deputatlar da bu məsələnin həll olunmasında qərarlıdırlar.
"Hökumət akademiyanın yaradılmasına önəm verməlidir. Millət vəkilləri olaraq bizlər bu məsələnin həlli üçün çalışacağıq".
Şərhlər