Xəbər lenti

İranda bombalı hücum: SEPAH-ın komandiri öldürüldü
Dünya 15:56 30.06.2020

İranda bombalı hücum: SEPAH-ın komandiri öldürüldü

İranın cənub-şərqində yerləşən Sistan-Bəlucistan əyalətinin Zahidan şəhərində hərbi avtomobillərdən birinə bombalı hücum olub.

Qaynarinfo xəbər verir ki, bu barədə İranın dövlət televiziyası məlumat yayıb. Məlumata görə, hadisə nəticəsində İran İnqilab keşikçiləri Korpusunun komandirlərindən biri və sürücü ölüb. Hücumun "Ceyşul Adl" qruplaşması tərəfindən törədildiyi bildirilib.

Rəsmi dairələr isə hələlik məsələ ilə bağlı açıqlama verməyiblər.

Sistan-Bəlucistan əyalətinin rəhbəri Əli Əhməd Mohəbəti hadisənin yol kənarına quraşdırılan bombanın partladılması nəticəsində baş verdiyini deyib.

Faktla bağlı istintaq başladılıb.

Camal

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->