Sənət 19:10 17.09.2019

İranda Əlif Şəfəqin kitabı qadağan edildi

Türkiyəli məşhur yazıçı Əlif Şəfəqin "On doqquz dəqiqə otuz səkkiz saniyə" kitabı İranda qadağan edilib.

Qaynarinfo xəbər verir ki, iranlı tərcüməçi Əli Salami tərəfindən farscaya tərcümə edilən kitab barədə Tehran Naşirlər və Kitabevləri Birliyi məlumat yayıb. Bildirilir ki, kitabın nəşri və yayılmasına icazə verilməyib.

Qeyd edək ki, "On doqquz dəqiqə otuz səkkiz saniyə" romanı müəllifin sonuncu əsəridir. Kitab daha əvvəl plagiatçılıq ittihamı ilə Mançester Ədəbiyyat Festivalının "Booker" müfafatının namizədlər siyahısından çıxarılıb. Ə.Şəfəq digər türk yazıçı Qəhrəman Çayırlının 2007-ci il tarixli "Fahişələr aldatmaz" romanından oğurluq etməkdə günahlandırılır.

Gülşən